Əsas Səhifə > Ana xəbər / Güney Press > “Azərsu” tenderin qalibi olan şirkətə 1 599 999,99 manat ödəyəcək

“Azərsu” tenderin qalibi olan şirkətə 1 599 999,99 manat ödəyəcək


Bu gün, 13:01

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (keçmiş “Azərsu” ASC) tabeliyindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, dəyəri 1 milyon 599 min 999 manat 99 qəpik olan tender müsabiqəsinin qalibi “Azsur Group” MMC (VÖEN – 1503949491) olub.
“Azsur Group” MMC Pirəhmədli kəndində xarici su təchizatı, tullantı su şəbəkə və qurğuların tikintisi işlərini görəcək.
Nizamnamə kapitalı 10 manat olan “Azsur Group” MMC -nin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
Tender müsabiqəsində diqqət çəkən məqamlardan biri odur ki, müsabiqənin dəyəri eyni, ya da qoşa rəqəmlərdən (“zerkalnı”) ibarətdir.
Məlumat üçün bildirək ki, daha əvvəl də bəzi dövlət qurumlarının keçirdiyi tender müsabiqələrdə belə məbləğlər qeydə alınıb.


Geri qayıt