Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan müxalifətinin lideri baş nazirliyə namizəd olmayacaq
Ermənistan müxalifətinin lideri baş nazirliyə namizəd olmayacaqBu gün, 14:55 |
|
Müxalif “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyan baş nazir vəzifəsini tutmaq istəmədiyini açıqlayıb. Teleqraf xəbər verir ki, bu barədə o, Hrazdanda seçiciləri ilə görüşündə bildirib. “Sarukyan baş nazir olmaq istəmir. Mənim belə bir məqsədim yoxdur”, - o, seçicilərinin suallarına cavab olaraq deyib. Sarukyan qeyd edib ki, “Çiçəklənən Ermənistan” Partiyasının baş nazir vəzifəsinə dörd potensial namizədi var. “Əgər mən o mərhələyə çata bilsəm, hamısını təqdim edəcəyəm, xalq da öz qiymətini verəcək”. Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Geri qayıt |