Əsas Səhifə > Ana xəbər / Güney Press > Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək

Aİ Ermənistanın Avropa seçimini dəstəkləyəcək


Bu gün, 11:57

Avropa İttifaqının (Aİ) genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, yalnız Ermənistan xalqı öz gələcəyini müəyyən etmək və Avropa inteqrasiyası lehinə seçim etmək hüququna malikdir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə o Brüsseldə Aİ-nin Xarici İşlər Şurasının iclasından əvvəl Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avropa yolunu seçməsi ilə bağlı bəyanatlarını şərh edərkən bildirib.

Kos vurğulayıb ki, Aİ Moskvanın artan təzyiqləri fonunda Ermənistanı dəstəkləməyə davam edəcək.

"Öz gələcəyi barədə qərarları yalnız Ermənistan xalqı qəbul edə bilər. "Avropa Siyasi Birliyi"nin son görüşü, eləcə də Aİ-Ermənistan sammiti onların hansı yolu seçmək istədiklərini göstərdi. Və Avropa onları dəstəkləyəcək", - Kos deyib.

Onun sözlərinə görə, Brüssel regiondakı "geosiyasi dinamikanı" dərk edir və vəziyyətin inkişafını "çox diqqətlə" izləyəcək.

Həftəsonu Rusiya Prezidenti Ermənistanın Avropa ilə daha sıx əlaqələrə can atmasını alqışlamadığını bildirib və ilk dəfə olaraq Rusiyanın Ukraynaya müdaxiləsini Kiyevin Avropa yolu ilə irəliləmək qərarı ilə birbaşa əlaqələndirib. Bu bəyanatlar Aİ-də ittifaqla yaxınlaşmanı nəzərdən keçirən ölkələrə təzyiq siqnalı kimi qəbul edilib.


Geri qayıt