Əsas Səhifə > Ana xəbər / Güney Press > Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinib
Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilinibBu gün, 09:53 |
|
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər məlum olub. APA-nın əldə etdiyi məlumata görə, sədr postuna iki namizəd var - Xalq artisti Şəfiqə Məmmədova və rejissor Əli İsa Cabbarov. Kinematoqrafçılar İttifaqından məsələ ilə bağlı APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sədrliyə namizədlərin adları qurultaya yaxın vaxtda mətbuata açıqlanacaq. Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayı mayın 26-da keçiriləcək. Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev martın 29-da vəfat edib. Hazırda ittifaq sədrinin səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir, Əli İsa Cabbarov isə qurumun katibidir. Geri qayıt |