Əsas Səhifə > Ana xəbər / Güney Press > Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA...

Fəhlənin alın təri üzərində qurulan PİRAMİDA...


Bu gün, 07:39

Fironun sistemi Pramida olub.Onun üçün pramidanı inşa edib.Pramida zülüm sistemidir bu sistemdə başda olmaq və başda qalmaq üçün başqalrının başına basmaq lazımdı.Yəni bu sistem davamlı yüksəlməyi əsas alır bunun üçün də birilərini alçaldmaq lazımdı.Bu sistemdə hər başın üstündə bir ayaq var yəni bəlli başlar ayaq alıtndadır daim.
Piramida sistemi quldarlıq sistemidir.Bu sistemdə başa basanların mövqeyini qorumaları başına basılanların başlarını qaldırmamalrına bağlıdır.Çünkü başlar ayaq altında olanda BƏZİ ayaqlar özünü baş zənn edir .Bu zaman başı ayaq altında olanlar başda olanlara ya itaət edib şərəfini izzətini hərşeyini itirib başı ayaqlı olacaq ya da başına ayaq qoyanların ayağına baş qaldırcaq başını qaldırcaq.
 
Neft sektoru kimi nəhəng bir qurumun təməlində minlərlə fəhlənin əməyi dayanır.Amma illərlə maaşı yerində sayan işçi bazardakı qiymətlərin qarşısında hər gün bir az da əzilir.Onun qazandığı pul yaşamağa yox, sadəcə sağ qalmağa yetir.Bu isə iqtisadi çətinlik deyil sosial ədalətsizlikdir.
 
Piramidanın başında duranlar aşağı baxanda yalnız rəqəmlər görürlər.Amma aşağıda yaşayanlar evinə çörək aparmaq üçün ömrünü mədənlərdə qoyur.Bir tərəfdə kabinetlərin rahatlığı, digər tərəfdə fəhlənin gecə-gündüz növbəsi var.Bir tərəfdə imtiyaz, digər tərəfdə çörəyə möhtac olan əmək haqqı artımsız qalanlar var.
 
Həqiqət budur ki İşçi yalnız əmək haqqı istəmir.İşçi dəyər görmək istəyir.Əməyinin qarşılığını almaq istəyir.Özünü kölə yox, insan kimi hiss etmək istəyir.
 
Tarix göstərib ki, fəhlənin alın təri üzərində qurulan hər bir piramida gec-tez çat verir.Çünki ən ağır yük tapdalanmış insan haqqıdır.
Zamiq Əliyev - SOCAR işçisi 
"DİA-AZ"

Geri qayıt