Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik

İrəvandan Putinə cavab: Vaxtı gələndə qərar verəcəyik


Bu gün, 16:18

Hazırda seçki kampaniyası aparırıq və bütün bəyanatları və detalları izləməyə vaxtımız yoxdur. Amma Ermənistanın Aİİ və AB arasında seçim etməli olduğu vaxt gələndə əlbəttə ki, biz bunu edəcəyik.

Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Burada yeni bir şey yoxdur. Hazırda biz Aİİ-nin üzvüyük və ittifaq daxilində fəaliyyətimizi davam etdiririk. Ermənistan xalqının Avropa istəklərinin olduğu da sirr deyil. Vaxtı gələndə isə qərar verəcəyik”, - Mirzoyan bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın ya Aİİ-də qalmalı, ya da sivil şəkildə ayrılaraq, AB-yə doğru irəliləməli olduğunu bildirmişdi.


Geri qayıt