Əsas Səhifə > Ana xəbər / Güney Press > Bəs kimə təhsil eksperti demək olar?

Bəs kimə təhsil eksperti demək olar?


Bu gün, 09:20

"Təhsilimizin ciddi problemlərindən biri də bu sahədəki insan kapitalının zəifliyidir. Müasir tələblərə cavab verən, səriştəli təhsil menecerləri də, peşəkar təhsil ekspertləri də bizdə azdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış təhsil eksperti İlham Əhmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Təhsil menecerlərinə verilən tələblər barədə bir neçə məqaləmiz olub. Bu dəfə isə "Təhsil eksperti kimdir" mövzusunda danışacağıq.
Keyfiyyətli ekspert azlığı problemi tək təhsildə yox, bütün sahələrdə hiss edilir. Ölkənin insan kapitalı zəiflədikcə, təsadüfi menecerlərin və onların dəstəklədikləri təsadüfi ekspertlərin sayı da sürətlə artır, cəmiyyətdə çaşqınlıq yaradılır. İctimaiyyət kimin həqiqi ekspert, kimin yalançı ekspert olmasını, kimin doğru, kimin səhv dediyini ayırd edə bilmir. Mətbuatda da bu mövzu tez-tez müzakirə edilir.
Ekspert mövzusuna DİM sədri M. Abbaszadə son illər bir neçə dəfə müraciət etmiş, məsələyə müəyyən aydınlıq gətirmiş, ekspertə verilən konkret tələbləri səsləndirmişdir.
ETN isə deyir ki, bizdə təhsil eksperti yoxdur, amma təhsil mütəxəsisi var.
Ölkədə 200.000 nəfərə yaxın təhsil işçisi var, bunlardan 100 nəfərin pedaqoq, təhsilşünas olması mümkündür. Bu 100 nəfərin də cüzi hissəsi ekspert ola bilir. Ekspert ali dərəcəli mütəxəssisdir. Necə deyərlər: "Hər oxuyan Molla Pənah olmaz".
Ekspert öz sahəsini hamıdan, nazirdən də mükəmməl bilməlidir.
Xaricdə dövlət müxtəlif sahələrdə ekspertlərin hazırlanmasına, onların inkişafına ciddi dəstək verir. Çünki, onların xidmətlərindən real istifadə edir, onların məsləhət-konsaltinq xidmətlərinə yüksək qonorar verirlər. İnsan kapitalının dəyəri mıhz belə qiymətlənməlidir sözdə yox, əməldə.
Bizdə isə tam əksinədir.
Səriştəsiz menecerlər özləri kimi də səriştəsiz "eksper"tlər formalaşdırıb ortalığa atırlar.
Layihə və qrantları da təsadüfi və səriştəsiz adamlara verir, sonra da sual edirlər ki, təhsilimiz niyə tərsinə qurulub?
Bəs kimə təhsil eksperti demək olar?
Beynəlxalq təcrübədə təhsil ekspertinə hansı tələblər verilir?"

Geri qayıt