Əsas Səhifə > Ana xəbər / Güney Press > Bu qiymətlərlə NƏ ETMƏLİ?..

Bu qiymətlərlə NƏ ETMƏLİ?..


Bu gün, 08:46

?Aktyor Müşviq Şahverdiyev “Karolina Rooms” restoranında 6-7 nəfərlik məclisə içkisiz 805 manat hesab gəldiyini yazıb, “Allah insaf versin” deyə paylaşım edib. Amma məsələ təkcə “Karolina Rooms”la bitmir axı.
 
Bu gün Bakıda Mezze, Sosyete, Kadeh, Bihter Baku və bir çox restoranda vəziyyət aşağı-yuxarı eynidir. Qiymətlər od tutub yanır, xidmət isə çox yerdə həmin qiymətə uyğun deyil.
 
Ən qəribəsi də budur ki, hesabın üstünə bir də “servis haqqı” əlavə olunur.
Yəni restoran ofisianta normal maaş vermək əvəzinə, onu da müştərinin cibindən çıxarır. Müştəri həm baha yemək yeyir, həm zəif xidmət görür, həm də personalın maaşını dolayı yolla özü ödəyir.
 
Əvvəllər insanlar restorana dincəlməyə, xoş vaxt keçirməyə gedirdi. İndi isə menyudan çox hesab adamı qorxudur. Bakıda bir çox restoran artıq rahatlıq məkanı yox, insanın cibini və əsəblərini yoran stress məkanına çevrilib.
Müəllif: Arifə Əliyeva - "DİA-AZ"

Geri qayıt