Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edir
Azərbaycan və Ermənistan 9 Mayı sülh içində qeyd edirBu gün, 09:39 |
|
“İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümünü Ermənistan və Azərbaycan arasında sülh şəraitində qeyd edirik”. Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “9 May 2026-cı ili Ermənistan və Azərbaycan arasında sülh şəraitində qeyd edirik. Artıq iki ildir Ermənistan-Azərbaycan toqquşması nəticəsində heç bir itki və ya xəsarət alan olmayıb və sərhəd yaşayış məntəqələrimiz qarşıdurmalardan azad mühitdə yaşayır. Bu, ölkəmizin müstəqillik qazanmasından bəri ilk dəfə əldə etdiyimiz çox vacib nailiyyətdir. Bu gün vəzifəmiz əldə etdiyimiz sülhün qayğısına qalmaq, onu hər gün daha güclü və etibarlı etməkdir. Yaradılmış sülh ölkəmiz üçün onu əvvəllər görünməmiş təhlükəsizlik, rifah və inkişaf səviyyəsinə çatdırmaq üçün tarixi fürsətdir. Bu gün bu yolda inamla addımlayırıq”, - Baş nazir bildirib. Geri qayıt |