Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistanın Ağrı dağı AĞRISI...
Ermənistanın Ağrı dağı AĞRISI...Bu gün, 08:04 |
|
Ermənistanın yeni biometrik pasportundan Ağrı dağının təsviri çıxarılıb. Ermənilərin "Ararat" adlandırdığı bu dağ Türkiyə ərazisində yerləşir. Yeni pasportun səhifələri arasında Xor Virap monastırının şəkli yerləşdirilib. 17-ci əsrə aid bu monastır Ağrı dağının fonundakı mənzərəsi ilə tanınır. Pasportdakı təsvirdə isə monastır üfüqdə adi dağların fonunda təqdim olunub. Tənqidçilər bunu Ağrı dağı rəsmi sənəddə göstərməmək üçün "hiylə" adlandırıblar. Ermənistanın Baş naziri Nikol Paşinyan yeni pasportlarda Xor Virap monastırının təsviri ətrafındakı mübahisələrə toxunaraq deyib: "Biz yürütdüyümüz siyasətə və uzun müddətdir müzakirə etdiyimiz məsələlərə uyğun olaraq məhz belə bir perspektiv seçmişik". "Bu, Ermənistan Respublikasının pasportu olduğu üçün Ermənistan Respublikasının ərazisini əks etdirir", – Paşinyan bildirib. Yeni biometrik pasportların bu ilin payızından dövriyyəyə buraxılması nəzərdə tutulur. Ermənistanın yeni pasportunun 24-25-ci səhifələri Noyabrda Ağrı dağının təsviri sərhəd möhürlərindən çıxarılıbÖtən il noyabrın 1-dən etibarən Ermənistan dövlət sərhədi möhürlərindən də Ağrı dağının təsviri çıxarılıb. Onun yerinə erməni və ingilis dillərində "Ermənistan" sözləri, keçid məntəqəsinin adı, sərhədin keçildiyi tarix və keçid məntəqəsinin növü yazılır. Bu addım ölkədə narazılıq yaradıb və hökumətə qarşı məhkəmə iddiası qaldırılıb. Müxalif siyasətçi Ayk Mamicanyan dağın təsvirinin pasport möhürlərindən çıxarılmasını pisləyərək deyib: "Paşinyanın Türkiyə və ya Azərbaycanı razı salmağa nə qədər həvəsli olması insanı heyrətləndirir". Azərbaycan 2023-cü ildə Qarabağ üzərində suverenliyini bərpa edib. Bakı və Yerevan ötən ilin avqustunda Vaşinqtonda sülh sazişini paraflayıblar. Türkiyə isə uzun illərdir Ermənistanın Ağrı dağını milli simvol kimi istifadə etməsinə, o cümlədən bu təsvirin Ermənistanın dövlət gerbində yer almasına etiraz bildirir. Beynəlxalq Böhran Qrupunun baş analitiki Coşua Kuçera deyir ki, Xor Virap təsviri Paşinyanın təşviq etdiyi "real Ermənistan" narrativinin bir hissəsidir. Onun fikrincə, məqsəd ermənilərin diqqətini mövcud sərhədləri aşan "tarixi Ermənistan" ideyasından yayındırıb ölkənin sərhədləri daxilindəki məsələlərə yönəltməkdir. Ermənistan gerbinin mərkəzində Ağrı dağı təsvir olunub.
|