Əsas Səhifə > Ana xəbər / Güney Press > Kiber sektorda ciddi uğurlar necə əldə olunub ?

Kiber sektorda ciddi uğurlar necə əldə olunub ?


Bu gün, 04:19

Bir daha qlobal kiber reytinq məsələsinə - Milli Kibertəhlükəsizlik İndeksinə diqqət yetirirəm, düşündürücü məqamlar kifayət qədərdir.
Azərbaycan son bir neçə ildə bu sahədə həm regionda, həm də qlobal miqyasda ciddi irəliləyiş əldə edib.
Bu necə baş verdi?
Əslində bu proses bizim gözümüzün qarşısında baş verib. Cəmi 4 il ərzində bu qədər sürətli və uğurlu nəticələrin əldə olunması təsadüfi deyil.
Xatırlayıram ki, cəmi bir neçə il öncə kiber sektorda, problemlər yetərincə idi.
Prezident İlham Əliyevin də çıxışlarında bu məsələyə, ölkənin kiber dayannıqlığı və milli suverenlik məsələlərinə ciddi önəm verilirdi.
Xatırlayıram ki, elə həmin ərəfələrdə, 4 il öncə DTX rəhbəri Əli Nağıyevin iştirakı ilə kiber sektorla bağlı geniş bir toplantı keçirilmişdi.
Düşünmək olar ki, bunlar Prezidentin siyasi iradəsi əsasında reallaşırdı.
Bütün maraqlı tərəflər, dövlət, özəl, vətəndaş cəmiyyəti, təhsil sektoru, müstəqillər və s. hamı həmin müzakirədə iştirak edirdi.
Elə o toplantıda Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası yaradılmışdı.
Kiber sektorla bağlı ciddi mesajlar verilmişdi həmin toplantıda.
Məhz bundan sonra proseslər dərhal sürətləndi.
Bütün maraqlı tərəflərin, dövlət qurumlarının, deputatların, ekspertlərin iştirakı ilə faydalı müzakirələr keçirildi, real işlər görüldü.
Qısa müddətdə kiber infrastrukturun əsas elementləri formalaşdırıldı və nəticədə ölkədə real bir kiber ekosistem yarandı.
Yəni həmin National Cyber Security Index-ə təsir edən əsas amillər – qanunvericilik, institusional strukturlar, risklərə hazırlıq mexanizmləri, kritik sektorun tənzimlənməsi və s. çox qısa zaman ərzində sistemli şəkildə quruldu.
DTX qısa zamanda kritik sektorla bağlı Milli Kibertəhlükəsizlik Mərkəzi formalaşdırdı.
Hansı ki, hazırda National Cyber Security Index-in də saytından görsənir ki, bu indekslə bağlı əsas işləri elə bu qurumun əməkdaşları aparır.
Nəticədə Azərbaycan kiber mühitdə daha təşkilatlanmış, daha dayanıqlı infrastruktura malik və qlobal reytinqdə artıq oturuşmuş mövqeyi olan ölkəyə çevrilə bildi.
Ən maraqlı məqam isə budur.
Əgər kibertəhlükəsizlik kimi mürəkkəb və çoxşaxəli bir sahədə bu cür sürətli irəliləyiş mümkündürsə, bəs digər sahələrdə niyə olmasın?
Bu, həqiqətən də düşündürücü sualdır.
Görünür ki, konkret bir sahə üzrə liderlik və cavabdehlik müəyyən olunanda uğur qazanmaq daha real olur.
Fikrimcə, eyni yanaşma tətbiq olunsa, konkret bir sahə üzrə liderlik olsa, vahid koordinasiya olsa, sürətli hüquqi və institusional islahatlar və kifayət qədər maliyyə dəstəyi təmin edilsə digər sahələrdə də oxşar uğurları qazanmaq tam realdır.
Müəllif: Osman Gündüz - "DİA-AZ"

Geri qayıt