Əsas Səhifə > Ana xəbər / Güney Press > Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi
Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdiBu gün, 12:22 |
|
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub. Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb. Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib. S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi. Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi. unikal.org Geri qayıt |