Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq?

Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq?


Bu gün, 09:43

Rusiya universitetləri sentyabrın 1-dən etibarən rəsmi olaraq Bolonya prosesindən imtina edəcək. Bu proseslə ənənəvi "bakalavr-magistr" modeli ləğv edilir və yeni struktura keçid başlayır. Yəni, növbəti tədris ilindən etibarən Rusiyada tələbələr üçün "əsas ali təhsil" və "ixtisaslaşmış ali təhsil" səviyyələri anlayışları yaranacaq.

Azərbaycanda isə ali təhsil müəssisələrində Bolonya sistemi işləyir. Bu halda Rusiya universitetlərinin məzunlarının aldığı ixtisasların tanınmasında çətinliklər yarana bilərmi?

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Bolonya sistemindən çıxdıqdan sonra da Rusiya universitetlərinin diplomları ölkəmizdə tanınacaq. Qeyd olunub ki, zəruri hallarda əlavə sənədlər tələb oluna bilər:

"Xarici ali təhsil müəssisələrindən alınan yekun təhsil sənədlərinin Azərbaycanda tanınması prosesi mövcud Diplomların Tanınması Qaydalarına uyğun olaraq həyata keçirilir. Həmçinin, Rusiyada tətbiq olunan yeni ali təhsil modelinə keçid kontekstində əldə edilən ixtisasların tanınması da mövcud qaydalar çərçivəsində qiymətləndiriləcək. Bundan əlavə, xaricdə əldə edilən ixtisasların spesifik xüsusiyyəti nəzərə alınmaqla, təqdim edilən təhsil sənədlərinin qiymətləndirilməsi zamanı zəruri hallarda əlavə sənədlər tələb oluna bilər".


Geri qayıt