Əsas Səhifə > Ana xəbər / Güney Press > Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır...

Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır...


Bu gün, 05:15
"Xəbər paylaşılır ki, 1-5 may məktəbəhazırlıq və ibtidai siniflər üzrə tətil olacaq. Sonra birdən xəbər paylaşırlar ki, bəs Emin Əmrullayev işgüzar səfərdədir və VUF 13 tədbiri keçirilməsi qərarını verib. Tətilin vaxtı dəyişdi. İlk məqamda insan düşünür ki, ola bilər. Amma məsələ nədir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında təhsil eksperti Sakit Muradov qeyd edib.
 
O daha sonra fikrini belə davam etdirir: "Birincisi, qərar veriləndə bilirdilər ki, 1-5 may tətildir. Onların haqqına girə bilmərik. Amma ola bilər ki, alınmayıb. Bunu da anlamaq olar.. 
 
Maraqlısı budur ki ş, ölkənin yarısındakı məktəblər 1-5 may tətilə çıxır. Digər yarısındakı məktəblər isə 17-22 may tarixlərində tətilə çıxır....
 
Bu oyun oynamaq kimi bir şeydir. Bəlkə biri rayona, kəndə gedəcəkdir, bəlkə biri vacib işi var idi. Ya bunu ölkə üzrə ləğv edin, ya da bütün ölkə üzrə eyni tarixə keçirin.
 
Bu necə sistemsiz bir qərardır...
Çox qəribə bir yanaşma tərzləri var..."

Geri qayıt