Əsas Səhifə > Ana xəbər / Güney Press > 'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'...

'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'...


Bu gün, 08:41

"Deməli mart ayın hədiyyə aldım "Ali&Nino Book House"... Şöbə "Cressent Mall"... Ödəniş edərkən aparat gəbz vermədi..." "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.

Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Amma mənə də "keşbek" gəldi. "Qr kod"la ödəniş olunmuşdu. Satıcı dedi ki, təkrar ödəniş edin, gəbz gəlmədi. Dedim, "keşbek" gəldiyinə görə ödəniş olunub. Sonra təkrar pulumu götürməyə gələ bilməyəcəm. Nə isə. Təkrar
Ödəniş etdim. Dedilər o pul geri qayıdacaq sizə - ilk ödəniş. Nə isə. Günlər keçdi - qayıtmadı.

"Kapital Bank"a getdim. Onlar da dedilər ki, bəli, 2 dəfə ödəniş olunub. Martın sonuda kartımın zamanı bitdi. "Ali və Nino"ya deyirəm ki, kartımı göndərim ora ödəniş edin. Mən ya köhnə kartımı gətirməliyəm, ya da o pula nəsə almalıyam. Deyirəm nəğd qaytarın, nəticə olaraq mən mal qaytarmıram!!!!! Mənim pulum sizdədi!!! Öz pulumu qaytarmaq üçün mənə şərt qoyursunuz? Belə şey olar? "Ali and Nino" ən son narazılığımdan 20 dəqiqə sonra satıcı xanım deyir ki: sizin bura gəlməyinizə zatən ehtiyac yoxdu. Bankla əlaqə saxladıq. Cavab gələndə sizə xəbər edəcəyik. Bəs 20 dəqiqə öncə niyə deyirdiniz: gəlin?.. Ələ salırsınız?"


Geri qayıt