Əsas Səhifə > Ana xəbər / Güney Press > Masallıda icra başçısının TENDER ORTAQLARI

Masallıda icra başçısının TENDER ORTAQLARI


Bu gün, 07:01

Azərbaycanda dövlət satınalmalarında əsas sifarişçilərdən biri də yerli icra hakimiyyətləridir.

"DİA-AZ" Masallı Rayonunda müxtəlif qurumlar tərəfindən keçirilən tenderləri və qalib olan şirkətləri araşdırıb.

Məlum olub ki, 2025-ci ildə rayondakı dövlət qurumları ilə şirkətlər arasında 13 satınalma müqaviləsi bağlanıb və ümumi dəyəri 4 milyon 872 min manat olan müqavilələr imzalanıb.

2024-cü ildə şirkətlərlə dövlət qurumları arasında ümumi dəyəri 9 milyon 799 min manat olan 14 satınalma müqaviləsi bağlanıb.

Cari ildə isə tenderlərlə bağlı rayondakı müxtəlif dövlət qurumları ilə şirkətlər arasında ümumi dəyəri 1 milyon 283 min manat olan 3 satınalma müqaviləsi bağlanıb.

Rayonda ən böyük tenderin qalibi "Salmanoğlu-İnşaat" MMC olub. Şirkət Masallı RİHBaşçısının Masallı Şəhər üzrə Nümayəndəliyi ilə Masallı şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı 1 milyon 18 min manatlıq müqavilə bağlayıb.

Digər böyük həcmli tenderin qalibi "VNM İnşaat" MMC olub. Şirkət Masallı RİHBaşçısının Masallı Şəhər üzrə Nümayəndəliyi ilə Masallı şəhərində abadlıq işləri ilə bağlı tendering qalibi olub. Tərəflər arasında imzalanmış müqavilənin həcmi 1 milyon 25 min manat təşkil edib.

Bununla yanaşı, şirkət cari ilin yanvar ayında Masallı RİHBaşçısının Masallı Şəhər üzrə Nümayəndəliyinin Masallı şəhəri C.Cabbarlı küçəsinin qalan 550 metrlik abadlıq işləri ilə bağlı olan tenderinin qalibi olub və tərəflər arasında 30 min 869 manatlıq müqavilə bağlanılıb.

"VNM İnşaat" MMC 2025-ci ildə rayonda 6 tenderin qalibi olub. Tenderlərin hamısı Masallı RİHBaşçısının Masallı Şəhər üzrə Nümayəndəliyi tərəfindən keçirilib. Bu tenderlərin nəticəsi olaraq şirkətlə 1 milyon 173 min 934 manatlıq müqavilələr bağlanıb.


Geri qayıt