Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq

Azərbaycanda son 85 ilin ən yüksək boşanmaları: Avropada ilk sıralardayıq


Bu gün, 14:26

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 3 min 376 boşanma qeydə alınıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub.
Məlumat üçün bildirək ki, son 85 il ərzində, yəni 1941-ci ildən sonra Azərbaycanda ən yüksək boşanma göstəricisi 2023–2024-cü illərdə qeydə alınıb. Həmin illərdə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2,1 olub. 2025-ci ildə isə bu göstərici bir qədər azalaraq 2-yə düşüb.
Onu da qeyd edək ki, 2023–2024-cü illər istisna olmaqla, bu göstərici sonuncu dəfə 1990-cı ildə qeydə alınıb. Belə ki, 1990-cı ildə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2 olub və 2023-cü ilə qədər belə yüksək göstərici qeydə alınmayıb.
Son 85 ildə ən az boşanma isə 1945-ci ildə qeydə alınıb. Həmin il ölkədə əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı cəmi 0,1 olub. 1945–1965-ci illərdə isə bu göstərici 1-dən yüksək olmayıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra ən az boşanma 1999-cu ildə qeydə alınıb. Həmin il əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 0,6 olub.
Onu da qeyd edək ki, Avropa Statistika Bürosunun (“Eurostat”) açıqladığı son məlumata görə, Avropa Birliyində əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub və son 3 ildə – 2022, 2023, 2024-cü illərdə dəyişməz qalıb.
Avropa ölkələrində və Azərbaycanda əhalinin hər 1 000 nəfərinə düşən boşanmaların sayı 2024-cü ildə aşağıdakı kimi olub:
Gürcüstan – 3,7;
Latviya – 2,8;
Litva – 2,5;
Türkiyə – 2,2;
Estoniya – 2,1;
Azərbaycan – 2,1;
İsveç – 2,1;
Finlandiya – 2,1;
Albaniya – 2;
Macarıstan – 1,9;
Çexiya – 1,9;
İsveçrə – 1,8;
Lüksemburq – 1,8;
İspaniya – 1,7;
Avstriya – 1,6;
Polşa – 1,6;
Serbiya – 1,6;
Slovakiya – 1,5;
Portuqaliya – 1,5;
Yunanıstan – 1,5;
Almaniya – 1,5;
Niderland – 1,4;
Bolqarıstan – 1,3;
Xorvatiya – 1,3;
İtaliya – 1,3;
Rumıniya – 1,1;
Sloveniya – 1;
Malta – 0,9.


Geri qayıt