Əsas Səhifə > Ana xəbər / Güney Press > Sərhəd Akademiyasında intihar

Sərhəd Akademiyasında intihar


Bu gün, 09:22

"Tələbə yoldaşım Sadıq Rüstəmlinin bacısı oğlunun vəfatı xəbər aldım və yaxınlarına zəng edərək başsağlığı vermək istədim..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Heydər Oğuz qeyd edib.
O daha sonra bunları bildirir: "Yaxınlarından aldığım məlumatdan şoka düşdüm. Məlum oldu ki, 18 yaşlı mərhum Əsəd Surac oğlu İsmayıllı Sərhəd Qoşunları Akademiyasının 1-ci kursunda oxuyurmuş. İbtidai sinifi bitirib Sərhəd qoşunları üzrə təlim-tərbiyə müəssisələrində təhsilini davam etdirib. Hardasa 5-6 il davam edən bu orta təhsil müddətində dəfələrlə təhsilini dayandırmaq istəyib. Valideynləri övladlarının “uşaqlıq nazı” etdiyini düşünüb onu təhsilinə davam etməyə həvəsləndiriblər. Sonunda orta xüsusi məktəbi bitirib Sərhəd qoşunları Akademiyasına qəbul olunub. Belə başa düşdüm ki, Akademiyada da oxumaq arzusunda olmayıb. Amma valideynlərinin və yaxın qohumlarının tənbehi ilə qismətinə yazdığı taleyi ilə razılaşıb və özünü dövlət sərhədlərimizi qorumağa adamış şəxs olaraq müqəddəs bir peşəyə yiyələnməyə qərar verib. Amma bu Akademiyada təhsili uzun sürməyib. I kursun ilk semestrindən sonra intihar edib.
Mərhum kursantın 10 aprel 2026-cı il tarixində özünə qəsd etdiyi bildirilir.
İddialara görə, cibindən intiharının səbəbini açıqlayan məktub çıxıb. Məktub prokurorluq orqanları tərəfindən götürülərək cinayət işinə əlavə olunduğundan kursantın son sözlərindən valideynlərinin də xəbəri yoxdur.
Bildirilir ki, Əsəd İsmayıllı o məktəbdə intihar edən ilk kursant deyil. Ondan əvvəl də müxtəlif illərdə bənzər bədbəxt hadisələr baş verib.
Allah rəhmət eləsin.
Övladlarımızı intihara sürükləyən amillərin dərhal təsbit edilib, qarşısının alınması ümidi ilə..."

Geri qayıt