Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qəzetinə yeni baş redaktor təyin olundu

Dövlət qəzetinə yeni baş redaktor təyin olundu


Bu gün, 11:05

“Şərq qapısı” qəzetinə yeni baş redaktor təyin olunub.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, qəzetin baş redaktoru vəzifəsinə Rəmzi Tahirli gətirilib.

O, bundan əvvəl Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, “Şərq qapısı” qəzeti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin rəsmi mətbuat orqanıdır. R.Tahirlidən əvvəl həmin vəzifəni Sara İbrahimova tuturdu. O, bu gün işdən çıxıb.


Geri qayıt