Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışır
Rusiya Cənubi Qafqazda yenidən gərginlik yaratmağa çalışırBu gün, 06:36 |
|
“Ermənistan xalqı müharibədən qorxur, savaşın faciələrə səbəb olduğunu müəyyən qədər dərk edir. Bu baxımdan Ermənistanda nisbətən sağlam düşünənlər anlayırlar ki, Ermənistan müharibəyə başlayarsa, bu zaman Azərbaycan Ordusu daha irəli gedə bilər. Həmçinin bölgədə İranın müəyyən qədər zəiflədiyi və Türkiyə faktoru da nəzərə alınır. Eyni zamanda dinc dövrdə iqtisadiyyat inkişaf edir, insanlar rifah içərisində yaşayır, ticarət əlaqələri yaranır və s. Qənətimcə, sağlam düşünən ermənilər bunu nəzərə almaq məcburiyyətindədirlər”. Bu sözləri “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli Ermənistanda gözlənilən parlament seçkiləri və siyasi qüvvələr arasında güc balansından danışarkən deyib. Q. Hüseynli bildirib ki, bu yay Ermənistanda siyasi ab-hava müəyyən qədər gərgin keçəcək: “Seçkilər siyasi qüvvələrə imkan verəcək ki, özünü təqdim etsin. Artıq bu prosesə başlanılıb da. Ancaq ermənilər müharibə təbliğatına müsbət yanaşmır və Ermənistandakı revanşist qüvvələr müəyyən qədər zəifdir. Mən güman etmirəm ki, erməni xalqının böyük hissəsi onlara səs verə bilər. Əksinə, sakit və sülh içində yaşamağa üstünlük verən seçicilər “Mülki müqvilə” partiyasına və indiki baş nazir Nikol Pşinyana səs verəcəklər”. Onun sözlərinə görə, N. Paşinyan Ermənistan dövlətini və xalqını gözlənilən tənəzzüldən xilas edib və bu reallığı erməni cəmiyyəti tədricən anlayır: “Əhali səsvermədə bu kimi məqamları nəzərə alacaq. Bu baxımdan hesab edirəm ki, Paşinyan qarşıdakı seçkilərdə qalib gələcək. Bu qələbə isə ona imkan verəcək ki, sülh prosesini daha inamla irəli aparsın”. Professor iddia edir ki, seçki prosesi kontekstində Rusiya Ermənistanda aktivləşib və öz namizədi Karapetyana dəstək verəcək: “Görünən odur ki, Rusiya sanki Ermənistandakı siyasi aktivliyə, seçkilərə və proseslərin üszərinə bir növ benzin tökür. “Beşinci kolon”u da fəallaşdırıb. Eyni zamanda Qarabağ “problemi”ni gündəmə gətirməyə çalışır. Elə Paşinyanın son Moskva səfəri zamanı da Rusiya ən yüksək səviyyədə bu məsələni gündəmə gətirməyə cəhd edirdi. Yəni problemlərin həllini istəmirlər. Bəli, Rusiyaya Azərbaycan və Ermənistan arasında sülhün yaranması sərf etmir”. Q. Hüseynli hesab edir ki, bütün bunlara baxmayaraq bölgəmizdə sülhün alternativi yoxdur və bu baxımdan sülh prosesi irəliləyəcək. Eyni zamanda seçkilərində Paşinyan və komandası qalib gələcək. Geri qayıt |