Əsas Səhifə > Ana xəbər / Güney Press > Samvel Karapetyan bir neçə gündən sonra seçkilər haqda nə deyəcək?..

Samvel Karapetyan bir neçə gündən sonra seçkilər haqda nə deyəcək?..


Bu gün, 10:10

"Bir neçə gündən sonra sizə xəbər verəcəyəm."
Moderator.az xəbər verir ki, bu haqda "Aysor" nəşri məlumat yayıb.
"Güclü Ermənistan" partiyasının lideri, Rusiyanın "Taşir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyan İrəvanda məhkəmədən çıxarkən jurnalistlərə seçkilərdə qalib gəlmək şansları ilə bağlı sualı cavablandırarkən belə deyib.
Xatırladaq ki, Samvel Karapetyanın işi üzrə dünən - aprelin 15-də başlanan məhkəmə iclası təxirə salınıb və 17 apreldə davam edəcək.
Onu da qeyd edək, S.Karapetyan iyunun 7-də parlament seçkilərində deputatlığa namizədliyini irəli sürmək məqsədi ilə Rusiya və Kipr vətəndaşlığından çıxması prosesini başladıb.

Geri qayıt