Əsas Səhifə > Ana xəbər / Güney Press > Biz niyə inkişaf edə, böyüyə bilmirik..?
Biz niyə inkişaf edə, böyüyə bilmirik..?15-04-2026, 07:02 |
|
2026 cı ilin ilk 3 ayında Azərbayanda ÜDM 0.3 % azalıb .
Bizdən fərqli olaraq qonşularımız
Gürcüstanda 8.4 %
Ermənistanda 7.8 %
Xəzərin o tayındakı qardaşlarımız
Özbəkistanda 7 %
Qırgızıstanda 8.8 %
ÜDM artım qeydə allnıb.
İqtisadiyyatda geriləməmiz birdən birə baş verməyib .
Görünən odur ki, İqtisadi daralma və əhalinin yoxsullaşması ücün hökümətin iqtisadi komandası bir xeyli 'zəhmət' və ' savad' sərf ediblər.
Adambaşına düşən ÜDM üzrə 2014- 2025 illərin müqayisəsinə baxanda vəziyyət daha aydın görünür.
2014 2025
Azərbaycan 7991 (USD) - 7493
Ermənistan 3880 (USD) - 9390
Gürcüstan 4435 (USD) - 10890
Babam bicdi kündəni sayır , nənəm bicdi kündədən kəsir.
Bizim hökümətin iqtisadi komndası da nənəm kimi işləyir , kündənin cəkisini ildən ilə azaldır, əsas hesabat verəndə sayı düz gəlsin.
Cəza , cərimə , inzibati təzyiq , büdcəninin cəmiyyətə və vətəndaşa yönəlik hissələrini sıxıb, qənaət etməklə bərəkət qacar, ölkə inkişaf etməz.
Belə olanda qonşular böyüyür , biz kicilirik.
Resuslarına görə Cənubi Qafqazın ən böyük və imkanlı dövlətiyik, Orta Asiyanın qapısıyıq, sanksiya altında olan Rusiya və İranı birləşdirən quru yoluq , əsrin lahiyələrinə rəhbərlik edirik, İpək yolunun vacib hissəsiyik , bacarıqlı insan, neft, torpaq , günəş bizdə ...,,
Biz niyə inkişaf edə, böyüyə bilmirik .?
Hökümətin iqtisadiyyatı böyütmək , şaxələndirmək arzusu və ya bacarığı yoxdur. Dövlət idarələrində kütləvi ixtisarlar gedir. Özəl sektorda yeni iş yerləri acılmır. Kənardan investitsiya gəlməsi ücün şərtlər cəlbedici deyil. Orta, kicik , ailə təsərrüfatları boğulur . Köhnəni dağıdıblar, yenisini də qura bilmirlər.
Elə bil hökümətdə hansısa qüvvə sistemin qarşısında oturub izləyir, hansı sahədə iqtisadi aktivlik varsa, ora söndürülür.
Hökümət Leninin məşhur tezisləri üzərində fikirləşməlidir ki, 'Nə etməli' ki, ' Bir addım irəli, iki addım geri ' getməyək...
Müəllif: Şahin Nəcəfov
"DİA-AZ"
Geri qayıt |