Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank”dır
10-04-2026, 15:05
Bu ilin mart ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank “Expressbank” ASC olub. Yeniavaz.comxəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Şikayət olunan bankların siyahısında “Azər-Türk Bank” ASC ikinci, “Yelo Bank” ASC isə üçüncü olub. Barəsində ən az şikayət edilən bank isə “Bank VTB Azərbaycan” ASC olub. 4 bank haqqında isə heç bir şikayət daxil olmayıb.