Əsas Səhifə > Ana xəbər / Güney Press > Keşlə niyə suyun altında qalıb?
Keşlə niyə suyun altında qalıb?6-04-2026, 10:46 |
|
Bakıya yağan aramsız yağışlar növbəti dəfə bir çox qəsəbələri, xüsusilə Keşləni suya qərq edib. Bu qəsəbədə əksər evlər su altında qaldığı üçün FHN və polis əməkdaşları orada yaşayan insanları təxliyə edib. Bu arada isə həmin ərazidə yaşayan ictimai xadim Əlövsət Əmirbəyli Keşlə ilə bağlı diqqətçəkən paylaşım edib. Gununsesi.info həmin paylaşımı təqdim edir: “Bilən də, bilməyən də həmin evlərin güya qanunsuz tikili olduqlarından yazır, günahı orada yaşayan sakinlərdə axtarırlar. Uzun illərdi o məhəllədə və Keşlənin digər yerlərində insanlar yurd salıb, ev-eşik sahibi olublar. İndi də insanlar orada yaşayışlarına davam edirlər. Bu günkü hadisənin də həmin evlərin qanunsuz tikili olması ilə heç bir əlaqəsi yoxdur. Son günlər məni ən çox narahat edən davamsız yağan yağışlar deyil, bu yağış sularının axıdılması üçün lazım olan altyapının standartlara uyğun olmamasıdır. Əgər Bakı şəhərinin kommunal sistemində ( tikinti, şəhərsalma və altyapı nəzərdə tutulur) bu cür idarəetmə davam edərsə, qarşıdakı illərdə bizi daha böyük problemlər gözləyir. Geri qayıt |