Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qarabağı SES-lərə görə verdilər”
“Qarabağı SES-lərə görə verdilər”4-04-2026, 11:12 |
|
“Qarabağı itirdiyimiz aydındır. Onu niyə itirdiyimiz də aydındır”. Tribuna.az xəbər verir ki, bunu separatçıların rəhbəri olmağa çalışan Sergey Amiryan deyib. Onun sözlərinə görə, 2016-cı il aprel döyüşlərindən sonra Qarabağda çox sayda su elektrik stansiyalarının inşası prosesinə start verilib. Amiryan bildirib ki, bunun üçün külli miqdarda pullar ayrılıb. “Ən çox pulu Paşinyan hökuməti ayırmışdı. Lakin pullar yeyildi, stansiyaların çoxu isə tikilmədi”. Separatçı iddia edib ki, guya, Paşinyan və komandası yeyilmiş pulları ört-basdır etmək üçün Qarabağı “verib”. P.S. Bu zavallılar hələ də qəbullana bilmirlər ki, Qarabağ işğaldan azad edilib. Torpaqlarımızı Azərbaycan Ordusu öz qanı və canı bahasına geri alıb. Geri qayıt |