Əsas Səhifə > Ana xəbər / Güney Press > Hotelçilik üzrə şirkətlər qrupunun rəhbərliyinə təyinat olub
Hotelçilik üzrə şirkətlər qrupunun rəhbərliyinə təyinat olub3-04-2026, 09:38 |
|
“TABIA Group”un (əvvəlki adı ilə “PMD Hospitality”) Müşahidə Şurasına yeni üzv seçilib. Banker.az xəbər verir ki, Kamal Rəfiyev bu vəzifəyə təyin edilib. 2025-ci ilin noyabrından isə “Lecheq Farm & Distillery” MMC və “AzRose” MMC-də Müşahidə Şurasının üzvüdür. Bundan əvvəl 2019–2024-cü illərdə “PASHA Bank”da çalışıb. Xatırladaq ki, “TABIA Group” MMC 2018-ci ildə yaradılıb, 29.8 mln. manat nizamnamə kapitalı var. Şirkətin rəhbəri Uygar Kocasdır. “TABIA Group” MMC– hotel, sanatoriya, restoran və akvapark tipli müəssisələrin idarə etməsi ilə məşğuldur. Şirkət 2018-ci ilin avqustundan rəsmi olaraq dövlət qeydiyyatına alınıb və “PMD Qrup”un bir hissəsidir. Təşkilat 2013-cü ildə hotel biznesini inkişaf etdirmək, turizm sektorunda illər ərzində Azərbaycanda və xaricdə davamlı böyüməni təmin etmək məqsədi ilə yaradılıb. Bu, şirkətin rəsmi səhifəsində qeyd edilir. “TABIA Group” MMC-nin əmlak portfelində bir neçə 5 ulduzlu hotel (Gaşaltı Health Hotel, Chinar Hotel & SPA, Galaalti SPA & Sanatorium, The Excelsior Hotel & Spa Baku, Lankaran Springs Wellness Resort), lüks kurort (Shamakhi Palace Sharadil), “Paulaner Azərbaycan” (franchise pivə zavodu) və böyük dənizkənarı akvaparkı (Dalga Beach Aquapark) var. Geri qayıt |