Əsas Səhifə > Ana xəbər / Güney Press > Euronews yazdı: Avropa çıxış yolunu Azərbaycanda tapır
Euronews yazdı: Avropa çıxış yolunu Azərbaycanda tapır3-04-2026, 06:24 |
|
Musavat.com xəbər verir ki, Euronews platformasında dərc olunan analitik məqalədə Azərbaycanın Avropa İttifaqı üçün artan strateji əhəmiyyəti xüsusi vurğulanıb. Yazıda bildirilir ki, Yaxın Şərqdə gərginliyin yüksəldiyi bir vaxtda Azərbaycan Avropa üçün sabit və etibarlı tərəfdaş kimi ön plana çıxır. Müəllif qeyd edir ki, Bakı ilə Brüssel arasında münasibətlər son illərdə dinamik inkişaf edərək artıq siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində strateji xarakter almaqdadır.
Eyni zamanda vurğulanır ki, tərəflər arasında əməkdaşlığın daha da genişlənməsi üçün investisiyaların artırılması, texnologiya mübadiləsi və viza rejiminin sadələşdirilməsi kimi addımlar mühüm rol oynaya bilər. Bu addımların reallaşması həm iqtisadi əlaqələri gücləndirə, həm də insanlar arasında təmasları artıraraq münasibətləri daha da dərinləşdirə bilər.
Qeyd edək ki, məqalə analitik xarakter daşıyır və burada səsləndirilən fikirlər müəllifin mövqeyini əks etdirir. Geri qayıt |