Əsas Səhifə > Ana xəbər / Güney Press > ADSEA gerçək olmayan rəqəmlərə İSTİNAD EDİRSƏ...
ADSEA gerçək olmayan rəqəmlərə İSTİNAD EDİRSƏ...1-04-2026, 15:53 |
|
"Su təsərrüfatına rəhbərlik edən rəsmi şəxsin açıqladığı məlumata görə, son 35 ildə Bakı və Abşeron yarımadasında məskunlaşma ərazilərinin həcmi 2,6 dəfə, əhalinin sayı 2,1 dəfə artıb..." "DİA-AZ" xəbər verir ki, bunu açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev qeyd edib.
"Deməli, rəsmi statistikaya görə, 1990-cı ildə bu paytaxt da daxil Abşeron yarımadasında 2,2 milyon nəfər yaşayıb..." deyə vurğulayan ekspert daha sonra bunları qeyd edir:
"Həmin dövrdə indikindən fərqli olaraq qeyri-rəsmi daxili miqrasiya olmadığı üçün rəqəmlər kifayət qədər realdır.
Hazırda isə rəsmi statistika bu rəqəmi 3,2 milyon nəfər göstərir, yəni 45% artım.
Halbuki rəsmi şəxsin dediyi 2,1 dəfə artım yaşayanlaırn real sayının 4,5 milyon nəfər olduğunu göstərir.
Başqa sözlə, rəsmi statistikada daxili miqrasiyanın uçotunun olmaması səbəbindən paytaxt və ətraf ərazilərin real yüklənmə səviyyəsi bilinmir.
Bu cür yalan-palan statistika ilə hansı effektiv şəhər, eləcə də bölgə inkişaf planlanması aparıla bilər?"
Geri qayıt |