Əsas Səhifə > Ana xəbər / Güney Press > Ağdam, Füzuli və Xocavənddə yeni təyinat

Ağdam, Füzuli və Xocavənddə yeni təyinat


1-04-2026, 10:14

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin edilib.

"DİA-AZ"ın məlumatına görə, bu vəzifəyə Azərbaycan Televiziyasının aparıcısı Təranə Quliyeva gətirilib.

Təranə Quliyeva Azərbaycan Dillər Universitetində regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb.

Hazırda Azərbaycan Televiziyasında (“AzTV”) yayımlanan “Telesəhər” verilişinin aparıcısı olan Təranə Quliyeva bu fəaliyyətini də davam etdirəcək.


Geri qayıt