Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan Texniki Universiteti "Məzun Günü"nə hazırlaşır: 200 Min manata yaxın vəsaitlə

Azərbaycan Texniki Universiteti "Məzun Günü"nə hazırlaşır: 200 Min manata yaxın vəsaitlə


1-04-2026, 01:32

"Azərbaycan Texniki Universiteti" (AzTU) Publik Hüquqi Şəxsi builki məzunlar üçün unudulmaz vida tədbiri təşkil etmək məqsədilə irimiqyaslı tender elan edib.

32gun.az xəbər verir ki, Tədbirin yüksək səviyyədə keçirilməsi üçün nəzərdə tutulan xidmətlərin ehtimal olunan ümumi qiyməti 198.641,20 AZN təşkil edir. Satınalma şərtlərinə əsasən, paytaxtın 1-ci zonasında ən azı 3000 nəfərlik tutumu olan geniş zalın icarəyə götürülməsi, orada protokol qonaqlar və ifaçılar üçün xüsusi otaqların, həmçinin çay süfrələrinin təşkili planlaşdırılır.

Tədbirin texniki təchizatı da kifayət qədər zəngindir; belə ki, 180 kvadratmetrlik əsas səhnənin qurulması, ümumilikdə 100 kvadratmetrdən çox müasir LED ekranların (o cümlədən 75 m²-lik əsas ekran) quraşdırılması və canlı yayım translasiyası üçün peşəkar videorejissor xidməti nəzərdə tutulub. Səhnənin işıqlandırılması üçün 80-ə yaxın müxtəlif növ işıq cihazı (wash, beam, fazer), 3000 nəfərlik peşəkar səs sistemi və xüsusi effektlər üçün tüstü maşınları cəlb olunacaq. Bütün bu mürəkkəb texniki prosesləri idarə etmək üçün səs, işıq və ekran üzrə rejissor heyəti, həmçinin video qrafiklərin hazırlanması və montaj işləri üçün mütəxəssislər xidmət göstərəcəkdir.

Qeyd edək ki, Hazırda Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru professor Vilayət Vəliyevdir.


Geri qayıt