Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır31-03-2026, 11:00 |
|
Azərbaycanda hüquq-mühafizə sistemində köklü dəyişikliklərə hazırlıq gedir. KONKRET.az xəbər verir ki, sferaaz bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Hazırda ölkəmizdə istintaq aparmaq səlahiyyəti bir neçə dövlət qurumuna həvalə olunub. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, eləcə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tərkibində ayrıca istintaq və ya ibtidai araşdırma aparan strukturlar fəaliyyət göstərir. Bundan başqa, bəzi xüsusi sahələr üzrə Dövlət Sərhəd Xidməti və Ədliyyə Nazirliyi daxilində də araşdırma səlahiyyətləri mövcuddur.
Əldə etdiyimiz məlumatlara əsasən, yaradılması planlaşdırılan Dövlət İstintaq Komitəsi Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti istisna olmaqla digər qurumların istintaq strukturlarını özündə birləşdirəcək. Bu isə xüsusilə iqtisadi və vəzifə cinayətləri, maliyyə pozuntuları və digər kateqoriyalar üzrə araşdırmaların vahid mexanizm əsasında aparılmasına imkan verəcək.
Qeyd edək ki, oxşar təcrübə bir sıra ölkələrdə tətbiq olunur. Məsələn, Rusiyada fəaliyyət göstərən Rusiya İstintaq Komitəsi modeli istintaq funksiyalarının prokurorluq və digər qurumlardan ayrılaraq müstəqil qurumda cəmlənməsini nəzərdə tutur. Qazaxıstandakı analoji strukturlar isə istintaqın müstəqil və mərkəzləşdirilmiş formada həyata keçirilməsinə imkan yaradır.
Sfera.az mövzu ilə bağlı əlavə məlumatları təqdim etməyə davam edəcək. Geri qayıt |