Əsas Səhifə > Ana xəbər / Güney Press > Ara yerdə Vüsal Nəsirlinin siftəsi kor oldu...

Ara yerdə Vüsal Nəsirlinin siftəsi kor oldu...


29-03-2026, 02:30

"Ən pisi də odur ki, Bakıda 42 ünvanda yollar yenilənməli idi. Bayram tətili bitincə təmir də bitməli idi..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Ülviyyə Alovlu qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Daha doğrusu, qazma işləri oldu, asfalt dağıdıldı.
Di gəl ki, bərpa işləri yağışa görə gecikdi...
Asfaltın vurulmağı üçün yer mütləq quru olmalıdır.
İndi leysan bir yandan, qazılmış yollar o yandan, Bakını "gözəl" iş həftəsi gözləyir..."
"DİA-AZ" qeyd edir ki, bu günlərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə gətirilən Vüsal Nəsirli üçün bütün bu qazma işləri siftə hesab olunurdu. Və görünəni odur ki, cənab AAYDA sədrinin siftəsi kor oldu...
Hər halda cənab Nəsirli işə başlamadan öncə ETSN-dən havaların necə keçəcəyini öyrənə bilərdi...

Geri qayıt