Əsas Səhifə > Ana xəbər / Güney Press > Ənzəli limanına raket zərbəsini Bakıya yamamaq cəhdi
Ənzəli limanına raket zərbəsini Bakıya yamamaq cəhdi26-03-2026, 12:35 |
|
İsrail Xəzər dənizindəki İranın Bəndər Ənzəli limanına zərbə endirərək Rusiya ilə İran arasında dronların, sursatın və digər hərbi təchizatın daşınması üçün istifadə edilən əsas təchizat marşrutunu vurub. Musavat.com xəbər verir ki, Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat verib. Liman həmçinin buğda və neft də daxil olmaqla mülki ticarət üçün istifadə olunur ki, bu da zərbənin İranın ərzaq və təchizat zəncirlərinə, eləcə də hərbi əməliyyatlarına təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar yaradır. Nəşrin mənbələrinə və təsdiqlənmiş peyk görüntülərinə və videolarına görə, limanda dəniz bazası,bir neçə gəmi və qayığı, komanda mərkəzi, təmir zavodu və liman infrastrukturuna ciddi zərər vurulub. İsrail ordusu zərbənin İran donanması ilə əlaqəli onlarla hədəfə dəydiyini bildirib. Azərbaycana qarşı daima qərəzli mövqe sərgiləyən “Svododnaya pressa”(SP) isə ən əvvəl Azərbaycanla İranın ortaq tarixlərinə “səyahət edərək” Bakının guya bu dövlətə qarşı ərazi iddiaları olduğunu yazıb. “Bundan əlavə, Azərbaycan və İran arasında Xəzər dənizində böyük karbohidrogen yataqlarının olduğu iqtisadi zona ilə bağlı uzun müddətdir davam edən mübahisələr mövcuddur. İran hərbi gəmilərinin Xəzər dənizində məhv edilməsi Azərbaycanı müharibəyə cəlb etmək üçün ciddi arqumentdir. Gəmilərə hücumun başqa heç bir ağlabatan izahı ola bilməz” deyə, nəşr qeyd edib. “SP” yenə Azərbaycanda İsrail bazaları haqda yalan iddialara qayıdıb, guya yəhudi dövlətinin bazalarının “yeri ciddi şəkildə məxfiləşdirilib”. 12 avqust 2018-ci ildə Aktauda imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın mətni göstərir ki, əgər İsrail təyyarələri və ya dronları Xəzər dənizi üzərindən uçarsa, beş Xəzəryanı dövlətdən hər hansı biri onları vurmaq hüququna malikdir. Müvafiq olaraq, Rusiya qırıcı-tutucu təyyarələri və AWACS təyyarələri bütün Xəzər dənizi üzərindən uçmaq hüququna malikdir. Xəzər Donanması gəmiləri isə İranın ərazi sularının kənarında üzmək hüququna malikdir. İndi isə ABŞ və İsrail Rusiyanı Xəzər sahillərindən qovmağı planlaşdırır. Xəzər dənizinə nəzarəti ələ keçirməklə Rusiya heç kimə hücum etmir, sadəcə 2018-ci il konvensiyası çərçivəsində öhdəliklərini yerinə yetirir və başqa bir şey etmir. ABŞ və NATO təyyarələri Qara dənizdə daim patrul edir və Ukraynanın uzaqmənzilli kruiz raketləri, eləcə də dəniz və hava dronları üçün hədəfləmə və rəhbərlik təmin edir. Rusiya niyə Xəzər dənizində eyni şeyi edə bilmir?” Geri qayıt |