Əsas Səhifə > Ana xəbər / Güney Press > İranda vəziyyət dəyişənə qədər...
İranda vəziyyət dəyişənə qədər...22-03-2026, 11:41 |
|
Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi İranın hücumları zamanı 341 ballistik raket və 1 748 pilotsuz uçuş aparatı vurduqlarını bildirib. Kiməsə şübhəli gələ bilər, amma məlumatı olanlar bilir ki, başqa ölkələrin radar sistemləri də atılan bu raketləri təsbit edə bilir.
Bunlar təkcə BƏƏ atılan raket-dronlardır. İranın başqa ölkələrə də atdığı raket-dronları hesablasaq, yəqin ki, ABŞ daha yaxşı hesablayır, burdan belə nəticə çıxarıram ki, İrana hətta quru qoşunları yeritmək bahasına olsa da, İranda rejim dəyişikliyi edəcəklər. Çünki İranda indiki rejimin qalmasına imkan versələr, yenidən eyni siyasəti yürütməsinə şərait yaransa, gələcəkdə növbəti İran-İsrail-ABŞ müharibəsi olacaq. Ola bilər başqa dövlətlərlə də olsun.
Həm də indiki vəziyyət elədir ki, İranın müttəfiqləri olan Rusiya, Çin müttəfiqini tək qoyub, darmadağın edilməsini sadəcə müşahidə edirlər.
Müəllif: Fərəc Kərimli - Mənbə: "DİA-AZ"
Geri qayıt |