Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyandan üç məşhur erməniyə ilginc təklif

Paşinyandan üç məşhur erməniyə ilginc təklif


20-03-2026, 10:44

Ermənistan Baş naziri Nikol Paşinyan sabiq prezident Robert Köçəryan, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan, erməni oliqarxı və siyasətçi Qaqik Tsarukyana səslənib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “Facebook” hesabında paylaşım edib.

“Sizə güclü təklifim var: kənar kömək olmadan canlı yayımda “Laqeyd yanaşmaq” sözünü yazın. Əgər ikidən az səhv etsəniz, etiraf edəcəyəm ki, güclüsünüz”, – deyə Paşinyan bildirib.


Geri qayıt