Əsas Səhifə > Ana xəbər / Güney Press > Allahsızlıq dönəmində DİNƏ SAYĞI daha güclü, daha səmimi idi...
Allahsızlıq dönəmində DİNƏ SAYĞI daha güclü, daha səmimi idi...20-03-2026, 07:41 |
|
Evdə valideynlərinizdən soruşun. 90-cı illərə qədər bu ölkədə din, iman, Allah qorxusu daha yüksək idi. Rituallar, dini libaslar, üzüklü əllər, möhür izli alınlar, bığı qırxılı saqqalı insanlar yox idi.
Amma sünni-şiə mövzusu bu qədər kəskin deyildi. Çox adam məzhəbin fərqini belə bilmirdi. Nə Sistanini tanıyırdılar, nə Xameneyini. Nə indiki kimi ortada gəzən “ilahiyyatçılar”, nə də din alverçiləri vardı. Bir söz var idi: müsəlman. Müsəlman sözü millət formasında düşünülürdü. Allahın adını tut, Azərbayycandan gir Dağıstan, Tatarıstan, Çeçenistan, Özbəkistandan çıx, hər yerdə qonaq ediləcəksən.
İnsanlar İslamı daha çox sadə Qurani qaydalarla, hədislərdən uzaq, öz daxili mənəviyyatları ilə yaşayırdılar. İnsanlar dinə məntiqi yanaşırdı ki, müsəlman demək dürüst olmaq, kasıbla çörəyi paylaşmaq, yıxılana əl uzatmaqdır.
90-cı illərdə İrandan, Türkiyədən, Ərəbistandan mollalar, şeyxlər gəldi. Xalqa başa salmağa başladılar ki, siz səhv inancdasınız, səhv dindəsiniz, belə davam etsəniz cəhənnəmə düşəcəksiniz. İslamı, Allaha sevgi üsullarını hədislərlə qəlizləşdirmək lazımdır. “Əsl din” adı ilə hərəsi bir filial, bir məzhəb, bir cərəyan qurdu.
Nəticədə bu gün gördüyümüz ayrılıqlar, parçalanmalar ortaya çıxdı. Dində birlik yox, tərəf tutmalar yarandı. Din siyasətə çevrildi, şouya döndü, bazara çıxdı. Kim kimdən deyilsə: lənətləmə, təhqir, uzaqlaşdırma başladı.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"
Geri qayıt |