Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir əmr imzaladı
Nazir əmr imzaladı18-03-2026, 17:06 |
|
Müdafiə Sənayesi Nazirliyində yeni kadr təyinatı olub. “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə sənayesi naziri Vüqar Mustafayev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rövşən Əliağa oğlu Əhmədov nazirliyin Ümumi şöbəsinin müdiri təyin edilib. O, bundan əvvəl həmin şöbənin müdir müavini vəzifəsində işləyib. Qeyd edək ki, Prezident İlham Əliyevin 21 iyun 2025-ci ildə imzaladığı Dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncamla R.Əhmədov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Geri qayıt |