Əsas Səhifə > Ana xəbər / Güney Press > TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib

TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsindən azad edilib


18-03-2026, 15:56

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İcraçı direktorunun müşaviri işdən çıxarılıb.

"DİA-AZ" Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elşad Məmmədli sözügedən vəzifəsindən azad edilib.
Qeyd edək ki, Elşad Məmmədli 2024-cü ilin fevral ayında TƏBİB-in sabiq İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə müşavir təyin olunmuşdu.
Vüqar Qurbanov işdən çıxarıldıqdan sonra onun ən yaxın adamı sayılan Elşad Məmmədli də öz ərizəsi ilə vəzifəsindən gedib.

Geri qayıt