|
Ötən il Azərbaycan xarici ölkələrin iqtisadiyyatına 2 milyard 528,1 milyon dollar birbaşa investisiya yatırıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanın xarici ölkələrə yönəltdiyi investisiyalar əvvəlki illə müqayisədə 43,4% və ya 765,4 milyon dollar artıb. Belə ki, 2014-cü ildə bu göstərici 1 milyard 762,7 milyon dollar olub. Qeyd edək ki, artım əsasən İsrail iqtisadiyyatına yönəldilən sərmayə ilə bağlı olub. 2024-cü ildə İsrailə 400 min dollar investisiya qoyulduğu halda, ötən il həmin göstərici 543 milyon dollara yüksəlib. Nəticədə Azərbaycanın xaricə yatırdığı birbaşa investisiyaların 21,5%-i İsrailin payına düşüb. Əvəzində isə Birləşmiş Ərəb Əmirliklərinə yatırımlar azalıb. 2024-cü ildə bu ölkəyə 457,5 milyon dollar sərmayə qoyulduğu halda, 2025-ci ildə bu göstərici 329,1 milyon dollara düşüb. Azərbaycanın Türkiyə iqtisadiyyatına qoyduğu investisiya isə artaraq 248,9 milyon dollardan 345 milyon dollara yüksəlib. 2025-ci ildə Azərbaycanın investisiya yatırdığı ölkələrin siyahısı aşağıdakı kimi olub: İsrail – 21,5% (543 milyon dollar); Türkiyə – 13,6% (345 milyon dollar); Birləşmiş Ərəb Əmirlikləri – 13% (329,1 milyon dollar); Böyük Britaniya – 8,4% (212,3 milyon dollar); Gürcüstan – 7,1% (179,5 milyon dollar); ABŞ – 5,2% (130,2 milyon dollar); İtaliya – 4,9% (125,1 milyon dollar); Özbəkistan – 4,5% (114,9 milyon dollar); Almaniya – 2,4% (61,7 milyon dollar); İspaniya – 2,3% (57,2 milyon dollar); Rusiya – 2,1% (52,8 milyon dollar); İsveçrə – 1,5% (37,8 milyon dollar); Fransa – 1,1% (28,3 milyon dollar); Avstraliya – 1% (25,1 milyon dollar); İsveç – 0,8% (21,1 milyon dollar); Honkonq – 0,8% (20,8 milyon dollar); Yaponiya – 0,6% (16,2 milyon dollar); Səudiyyə Ərəbistanı – 0,6% (15,8 milyon dollar); Oman – 0,6% (14,1 milyon dollar); Sinqapur – 0,5% (13,2 milyon dollar); Qırğızıstan – 0,5% (12,9 milyon dollar); Koreya Respublikası – 0,5% (12,5 milyon dollar); Danimarka – 0,5% (11,6 milyon dollar); Finlandiya – 0,5% (11,5 milyon dollar); Yeni Zelandiya – 0,4% (11,4 milyon dollar); Çin – 0,4% (10 milyon dollar); Qazaxıstan – 0,3% (8,1 milyon dollar); Peru – 0,3% (8 milyon dollar); Digər dövlətlər – 2,9% (74 milyon dollar).
Geri qayıt
|