Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın adamı müharibədəki məğlubiyyəti belə izah etdi
Paşinyanın adamı müharibədəki məğlubiyyəti belə izah etdi17-03-2026, 14:27 |
|
Ermənistan hakimiyyətinin nümayəndəsi Qarabağın itirilməsinə görə baş nazir və hökumətin məsuliyyət daşımamalı olduğunu bildirib. Musavat.com-un xəbərinə görə, Ermənistanın diaspor məsələləri üzrə müvəkkili Zare Sinanyan bildirib ki, baş nazir Nikol Paşinyan və hazırkı hökumət Qarabağın itirilməsinə görə cəzalandırılmamalıdır. Milli Assambleyada jurnalistlərin sualını cavablandıran Sinanyan deyib: “Nə Nikol Paşinyan, nə də bizim hakimiyyət cəzalandırılmalıdır. Qarabağın itirilməsi bizim hakimiyyət dövründə baş veribsə, bundan nə çıxır ki?” O, mövqeyini izah etmək üçün belə bir bənzətmə gətirib: “Təsəvvür edin ki, ağır asılılığı olan bir insan var – onun klinik xəstəliyi, qaraciyər sirrozu var. O, son ana qədər içir və müəyyən anda onun həyatını xilas etməsi üçün bir həkim çağırılır. Lakin həkim bunu edə bilmir”. Sinanyan bildirib ki, belə vəziyyətdə “həkimin” istefa verə biləcəyi barədə iradla razılaşmır. Onun sözlərinə görə, belə yanaşma məsuliyyətsizdir: “İstefa vermək nə deməkdir? O, vəziyyəti yalnız bildiyi və məlumatlı olduğu həddə təqdim edib”. Geri qayıt |