Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama
Bakıya uçan hərbi təyyarə ilə bağlı İrəvandan açıqlama17-03-2026, 09:39 |
|
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus “Lockheed Martin C-130J-30 Super Hercules” təyyarəsinin Ermənistan üzərindən Azərbaycana uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib. Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən yerli KİV-in sorğusuna cavab olaraq bildirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, C-130J-nin Bufarikdən Bakıya uçuşu diplomatik məqsədlər üçün həyata keçirilib. Qeyd edilib ki, təyyarə fevralda Ankaradan Bakıya və Bakıdan Bufarikə (Əlcəzair) uçuşlar üçün Ermənistan hava məkanından istifadə edib. Geri qayıt |