Əsas Səhifə > Ana xəbər / Güney Press > “PAŞA Bank”da yeni təyinat
“PAŞA Bank”da yeni təyinat16-03-2026, 15:37 |
|
“PAŞA Bank” ASC-də Kredit Nəzarəti departamentinin direktoru vəzifəsinə yeni təyinat olub. Banker.az-ın məlumatına görə, Nicat Abadov “PAŞA Bank”ın Kredit Nəzarəti departamentinin direktoru vəzifəsinə təyin olunub. O, 20222-ci ilin iyun ayından 2026-cı ilin mart ayına kimi “PAŞA Bank”ın KOS kredit monitorinqi və nəzarət şöbəsinin rəhbəri olub. Nicat Abadov 2004–2008-ci illərdə Azərbaycan Kooperasiya Universitetində Biznesin idarə edilməsi və Gömrük işinin təşkili ixtisası üzrə bakalavr dərəcəsi alıb. Geri qayıt |