Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi

Nazir Fərman Qurbanlıya yeni vəzifə verdi


16-03-2026, 12:32

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinə yeni müavin təyin olunub.
Qaynarinfo-nun məlumatına görə, Fərman Qurbanlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı nazir Rəşad İsmayılov müvafiq əmr imzalayıb.
Məlumatı saytımıza nazirliyin mətbuat katibi İradə İbrahimova təsdiqləyib.
Qeyd edək ki, F. Qurbanlı bu təyinata qədər Mənzil İnşaatı Dövlət Agentliyində aparat rəhbəri vəzifəsində çalışıb.

Geri qayıt