Əsas Səhifə > Ana xəbər / Güney Press > İran agenturasının meydan suladığı BORÇALI...
İran agenturasının meydan suladığı BORÇALI...13-03-2026, 07:36 |
|
Borçalıdan tez-tez videolar paylaşırsınız ki, guya baxın, ora batıb, İranın filialıdır və s. Birincisi, Borçalının yalnız bir hissəsi elədir. Marneuli və ətrafı.
İkincisi, orada gördüyünüz halların Azərbaycanda bu səviyyədə olmamasının səbəbi polis və DTX-dır. Onlar bunun qarşısını alır, təşkilatçıları zərərsizləşdirirlər. Əgər buraxılsaydı, burada elə şoular, küçə yürüşləri olardı ki, İran, Pakistan, Hindistan yalan olardı.
Bütün bu basqılara baxmayaraq görün nə qədər İran aşiqi ortaya çıxdı Xameneyi öləndə: məmurlar, müəllimlər, alimlər, QHT nümayəndələri, bloqerlər. Demək olar ki, hər sahəyə sızıblar.
Azərbaycanda vaxtilə milli təşkilatlar var idi. Demək olar ki, hamısı sıradan çıxarıldı, rəhbərlikləri ölkədən uzaqlaşdırıldı.
Cəmiyyət isə təşkilatlanma və düşüncə məktəblərindən məhrum qaldı. Belə boşluq yarananda onu mütləq kimsə doldurur.
Təəssüf ki, intellektual mühit zəifləyəndə və tənqidi düşüncə formalaşmayanda, cəmiyyət xarici təbliğatın təsirinə daha tez düşür. Xarici media və ideoloji mərkəzlər də məhz belə boşluqları hədəf alır. Nəticədə insanlar öz milli düşüncə məktəblərindən deyil, başqalarının qurduğu informasiya mühitindən qidalanmağa başlayırlar.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ"
Geri qayıt |