Əsas Səhifə > Ana xəbər / Güney Press > Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının şübhəli tender ortağı

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının şübhəli tender ortağı


13-03-2026, 06:43

"Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi qış mövsümündə müəssisənin istilik sisteminin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə həyata keçirdiyi satınalma müsabiqəsinə yekun vurub.

32gun.az xəbər verir ki, Xəstəxananın istilik enerjisi (yanacaq) ehtiyaclarının ödənilməsi məqsədilə elan edilən tenderin qalibi fiziki şəxs İsgəndərov Nihad Musa oğlu olub.

Tərəflər arasında bağlanmış satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 42.000 AZN təşkil edir. Müqavilə şərtlərinə əsasən, qalib tərəf xəstəxananın istilik sistemləri üçün tələb olunan yanacaq təminatını və müvafiq xidmətləri həyata keçirməlidir.

32gun.az-ın əldə etdiyi məlumata görə, 42 min manatlıq müqavilə bağlanan İsgəndərov Nihad Musa oğlunun hazırda dövlətə məbləğdə vergi borcu yaranıb. Belə ki, qalib fiziki şəxsin adına olan cari vergi borcu 9382,08 manat təşkil edir.


Geri qayıt