Əsas Səhifə > Ana xəbər / Güney Press > DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı
DTX-nın Bakıdakı anti-terror əməliyyatı Naxçıvana dron hücumunun təsadüfi olmadığını isbatladı8-03-2026, 16:19 |
|
Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda strateji obyektlərə, eləcə də ictimai şəxsə qarşı terror aktı həyata keçirməyi planlaşdıran İran xüsusi xidmət orqanlarını ifşa edib. DTX-nın keçirdiyi əməliyyat nəticəsində SEPAH tərəindən ölkəmizə keçirilən 3 partlayıcı maddə zərərsizləşdirilib, bu maddələrin 3-cü şəxslərə ötürülməsinin qarşısı alınıb. Məlum terror aktının icrasına çalışan və DTX tərəfindən saxlanılan Quliyev Tərxan Tərlan oğlu, Ağayev Nicat Zaman oğlu, Abdullayev Əsəd Tofiq oğlu, Rüstəmov Rəşad Fərhad oğlu, Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruz oğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixan oğlu törətdikləri əməlləri, o cümlədən, SEPAH ilə əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. DTX-nın Bakıdakı anti-terror əməliyyatı İranın ölkəmizə olan ənənəvi münasibətində heç bir dəyişikliyin olmadığını, cənub qonşumuzun Azərbaycanda xaos və qarışıqlığın mövcudluğunda maraqlı olduğunu göstərdi. Eyni zamanda bu anti-terror əməliyyatı sübut etdi ki, İranın 5 mart 2026-cı il tarixində Naxçıvana həyata keçirdiyi dron hücumu heç də təsadüfi olmayıb və məqsədli şəkildə gerçəkləşdirilib. Seymur ƏLİYEV - moderator.az Geri qayıt |