Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın dinc oturacağına KİM ZƏMANƏT VERƏ BİLƏR?
İranın dinc oturacağına KİM ZƏMANƏT VERƏ BİLƏR?7-03-2026, 07:39 |
|
Prezident İlham Əliyev Azərbaycanın İrandakı diplomatik heyətinin - Tehrandakı səfirliyimizin və Təbrizdəki Baş konsulluğun əməkdaşlarının tam şəkildə təxliyəsi tapşırığını verib.
İranın Naxçıvana hücumundan sonra diplomatlarımızın təxliyəsi təkcə Tehrana adekvat cavab yox, həm də təhlükəsizlik baxımından doğru qərardır. Çünki diplomatlarımız Azərbaycanın suverenliyini pozan İran rejiminin hərbi qanadı - SEPAH üçün açıq hədəfdir. 2023-cü ildə SEPAH-ın Tehrandakı səfirliyimizə qarşı hücumundan uzun müddət sonra sifarişçilər kənarda qalsa da, icraçı cəzalandırıldı. Bu, Bakı-Tehran xəttində normallaşma prosesinin məntiqi davamı idi. Lakin müharibənin getdiyi və SEPAH-ın faktiki rəhbərlik etdiyi dövrdə nə İrandakı diplomatlarımızın təhlükəsizliyinə, nə də Azərbaycana yeni hücumların olmayacağına zəmanət yoxdur.
Müəllif: Asif Nərimanlı - Mənbə: "DİA-AZ"
Geri qayıt |