Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan İrana qarşı müharibəyə QOŞULACAQ?
Azərbaycan İrana qarşı müharibəyə QOŞULACAQ?6-03-2026, 04:11 |
Yaxın Şərqdə baş verən müharibə və İranın hücumlara verdiyi cavab qonşularını narahat edir. İran qonşu olduğu bir neçə ölkəyə müxtəlif bəhanələrlə PUA və raket zərbələri endirib. Son iki gündə bu ölkələrin sırasına Türkiyə və Azərbaycan da daxil olub. Srağagün İran Türkiyəyə ballistik raket atıb, dünən isə Naxçıvan ərazisinə PUA zərbəsi endirib.Bəs, Azərbaycan Naxçıvana hücumdan sonra müharibəyə qoşula bilər? Məsələ ilə bağlı deputat Aydın Mirzəzadə Ajans.az-a açıqlama verib. O bildirib ki, Azərbaycan İranla bağlı məsələlərə həssaslıqla yanaşır. Həmçinin, İrandan da eyni münasibət gözlənilir. Bu gün Naxçıvan Hava Limanının vurulmasını qətiyyətlə pisləyirik. Aydın Mirzəzadə deyib ki, Azərbaycan tərəfi İrandan rəsmi üzr gözləyir. Üstəlik bir daha bu hadisələrin bir daha təkrar edilməyəcəyinə dair öhdəlik tələb edir. Bütün ölkələr Azərbaycanın siyasi gücünün nələrə qadir olduğunu bilməlidir. Geri qayıt |