Əsas Səhifə > Ana xəbər / Güney Press > Bank BTB-dən “Expressbank”a transfer
Bank BTB-dən “Expressbank”a transfer4-03-2026, 10:48 |
|
“Expressbank” ASC-də yeni təyinat baş tutub. Banker.az-ın məlumatına görə, Bəhruz Kazımli “Expressbank”ın Pərakəndə bankçılıq departamentinin direktoru təyin edilib. O, 2024-cü ilin may ayından bu təyinata kimi Bank BTB-nin Satışlar departamentinin direktoru olub. Bank karyerasına “Bank of Baku”-da başlayıb, satış sahəsində kiçik ekspertdən Bank məhsullarının satış şöbəsinin müdiri və filial direktorunun müavini vəzifəsinədək irəliləyib. Əlavə olaraq “Yelobank”-da Satış sahəsi üzrə qrup rəhbəri, Turan Bank-da Pərakəndə Bankçılıq Departamentinin Direktoru kimi vəzifələrdə çalışıb. Bəhruz Kazımlı 2006-2010, 2011-2013-cü illərdə bakalavr və magistr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (hər ikisi fərqlənmə diplomu ilə) alıb. Geri qayıt |