Əsas Səhifə > Ana xəbər / Güney Press > Tanınmış satış şəbəkələrinin absurd KREDİT SİYASƏTİ
Tanınmış satış şəbəkələrinin absurd KREDİT SİYASƏTİ4-03-2026, 07:48 |
|
O daha sonra özünün etiraz dolu müraciətini belə davam etdirir: "Deyirsiniz, 4 min biraz çoxdur. İllərdir sizdən alıram. Həmişə də vaxtından tez bağlayıram. Niyə vermirsiniz ? Bir dəfə də belə problem yaşatmışdınız. Baş ofisdən Sahib müəllim yığdı ki, anlaşılmazlıq olub. Əməkdaş da cəzalanıb. Mən sizdən milyon dənə mal almalıyam ki, siz mənə 4 minlik telefon verəsiniz ? Maşın istəmirəm ki... Baxırsan ki, adam illərdir sizdən götürür və tez bağlayır da. Mən hansı etapları keçməliyəm ki, siz mənə "Ayfon 17 promaks" verəsiniz. Yəni min dənə mal almışam və bir dəfə də gecikməm olmayıb. Daha sizə özümü necə sübut etməliyəm ? Yəni sizə fərq eləmir də müştəri məmnuniyyəti zad. Yaxşı bəs siz yaxşı müştəriylə pis müştərini necə ayırırsınız ? Mən daha nə etməliyəm ki, yaxşı müştəri sayılım sizin fikrinizcə ? Vaxtından krediti bağlayan bəlkə də 5 müştərinizdən biriyəm. Əməkdaş baxır ki, bir dəfə də olsun nə sizə nə banka gecikməm olmayıb. Təsəvvür edirsiniz bu nə deməkdir ? 20 ildir kredit götürürəm və bütün kreditləri şükür ki, vaxtından tez bağlayıram. Axırıncı dəfə vermədiniz gedib Kontaktdan götürdüm. Onu da 2 aya bağladım. 2-3 minlik mal idi. "Kontakt Home" isə ayrıca dərddir. 4 minlik mala deyir 2500 ilkin ödəniş. Aç gör sonuncu krediti necə bağlamışam da. Amerika zad olsa mənim kimi müştəri bilirsiz də nə deməkdir orda. Siz indi böyük şirkətsiniz də. Marketinq şöbəsi filan var. Sosial şəbəkələrlər yəqin ki, işləyirsiniz. Ümid edirəm bunları sizə çatdırarlar. Açıb baxarsınız ki, necə bir tarixçəm var. Nə dəhşətli şeydir "17 promaks". Ətrafımda öz qardaşım daxil hamı sizdə gecikmədədir. Süründürürlər eee sizi. Onlara yenidən kredit vermirsiniz, amma mənə də vermirsiniz. Bəs bizim fərqimiz nə oldu onda. Məntiq var sizdə ? Yəni normal müştərini niyə itirəsən. Bu necə bir idarəçilikdir axı. Hansı beynin məhsuludur belə şirkət idarə etmək. . Kim sizə ideya verir ki, gəlin belə işləyək? Zay müştəriylə mənim kimisini eyni tərəziyə qoyaq. Ömrüboyu da sizi müdafiə etmişəm. Nömrəm 0507881166. Bir nəfərə hədiyyə alacaqdım biabır etdiniz. Bir iki aya zatən bağlayacam. Bəlkə elə gələn həftə bağladım. Yazıqlar olsun sizə güvəndiyim yerdə. Konkret sualım var. Sizdə yaxşı müştəriylə pis müştəri arasınds fərq hansı meyarlarla ölçülür ? 50 ildir media sahəsindəyəm. İndi də balaca turizm işi qurmuşam. Nədi də bu etdiyiniz?.." Geri qayıt |